Onun meneceri İstanbula gəlir

ELAZ.İNFO xəbər verir ki, Beşiktaş” Duşan Vlahoviçi heyətinə qatmaq üzrədir


Hücum xəttini dünya səviyyəli bir oyunçu ilə gücləndirməyi hədəfləyən “Beşiktaş”, “Yuventus”la müqaviləsi başa çatan Duşan Vlahoviç üçün ciddi addım atıb. “Ağ-qaralar”ın serbiyalı hücumçuya təklif etdiyi şərtlər məlum olub və futbolçunun nümayəndəsi danışıqlar aparmaq üçün İstanbula gəlir.
Yeni mövsüm üçün transfer fəaliyyətlərini davam etdirən “Beşiktaş” diqqətini dünya futbolunun aparıcı hücumçularından birinə yönəldib. “Ağ-qara” rəhbərlik, İtaliya nəhəngi “Yuventus”la müqaviləsi bitdikdən sonra sərbəst qalan 26 yaşlı serbiyalı mərkəz hücumçusu Duşan Vlahoviçi heyətinə qatmaq istiqamətində işləri sürətləndirib.

İtaliyanın “Sportmediaset” nəşrinin məlumatına görə, “Beşiktaş” hazırda sərbəst statusda olan ulduz hücumçuya ciddi bir təklif irəli sürüb. Bildirilir ki, “Ağ-qaralar” Vlahoviçə illik 13,5 milyon avro zəmanətli maaşla üç illik müqavilə təklif ediblər.

Qeyd olunur ki, transfer baş tutacağı təqdirdə, imza bonusu və menecer komissiyaları da daxil olmaqla, paketin ümumi dəyəri 30 milyon avro həddinə çatacaq.

Sənan Altay

Bizi izləyin və paylaşın