ELAZ.İNFO xəbər verir ki, Lukaşenkonun 28 noyabrda Omana səfəri planlaşdırılan müddətdən əlavə 4 gün uzadılıb, lakin səfərlə bağlı yeni məlumat paylaşılmayıb.
Xarici KİV və Belarus mənbələri səfərlə bağlı məlumatların həm Belarus, həm də Omanın rəsmi xəbərlərindən qəfil yoxa çıxdığını bildirib. Lukaşenkonun ofisi də daxil olmaqla heç bir rəsmi qurum sükutu pozmayıb.
Lukaşenkonun Omana enişi ilə bağlı digər diqqət çəkən detal, adətən dövlət başçısı üçün ayrılmış yüksək səviyyəli protokolun olmaması idi. Bildirilirdi ki, Lukaşenkonu dövlət başçısı kimi deyil, “işçi nümayəndə heyətinin üzvü” kimi qarşılayıblar.
Birləşmiş Keçid Kabinetinin sədr müavini və Belarus müxalifətinin tanınmış simalarından biri olan Pavel Latuşka özünün “X” hesabında səfərin “həm dövlət, həm də rəsmi səfər” meyarlarına cavab vermədiyini bildirib. O, Oman protokolunda gözlənilən fəxri qarovul dəstəsinin, yüksək səviyyəli qarşılama nümayəndə heyətinin və digər mərasim elementlərinin olmadığını vurğulayaraq vəziyyəti “absurd” adlandırıb.
N.B
