ELAZ.İNFO xəbər verir ki, Bakının Badamdar qəsəbəsində yerləşən yaşayış binalarından birində partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə hadisə nəticəsində bir nəfər xəsarət alıb. Hadisə yerinə müvafiq xidmətlərin əməkdaşları cəlb olunub.
Hazırda partlayışın səbəbləri və hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma aparılır.
Hadisənin başvermə səbəbi və digər detallar barədə rəsmi məlumatların açıqlanması gözlənilir.
İlahə BAYINDIR


