Bakıda Almaniya ilə böyük iqtisadi masa: Orta Dəhlizə yeni maliyyə axtarışı

06.10.2026

ELAZ.İNFO xəbər verir ki, Bakıda bu gün Almaniya-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir. Tədbirin əsas gündəmində Orta Dəhliz boyunca nəqliyyat, logistika, yaşıl enerji və rəqəmsal bağlantı layihələrinin maliyyələşdirilməsi dayanır.

Konfransda Azərbaycan və Almaniyanın dövlət qurumları ilə yanaşı, biznes nümayəndələri, maliyyə institutları və layihə sahibləri iştirak edir. Tərəflər Avropa maliyyəsinin, texnologiyasının və ekspertizasının regional layihələrə cəlb olunması imkanlarını müzakirə edirlər.

Gündəliyin əsas istiqamətlərindən biri Orta Dəhlizin imkanlarının genişləndirilməsidir. Bununla yanaşı, enerji keçidi və rəqəmsal infrastruktur da investisiya baxımından prioritet sahələr sırasında göstərilir.

Konfransın nəticəsində əsas gözlənti siyasi müzakirələrdən daha çox konkret maliyyələşdirmə və biznes əməkdaşlığı imkanlarının formalaşmasıdır.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın
👁42
Teqlər: