Neft 100 dollardan aşağı düşmür: Hörmüz riski bazarı yenə gərgin saxlayır


ELAZ.İNFO xəbər verir ki, Dünya neft bazarında qiymətlərdə nisbi sakitlik yaransa da, əsas göstəricilərdən biri olan Brent yenə 100 dollar həddinin ətrafındadır. Oktyabrın 6-da Brent təxminən 100,59 dollar, WTI isə 89,73 dollar səviyyəsində olub.
Bazarda bir tərəfdən Yaxın Şərqdən neft ixracının artması qiymətlərə təzyiq göstərir. Digər tərəfdən isə Hörmüz boğazında tanker təhlükəsizliyi ilə bağlı risklər və daşınma xərclərinin yüksək qalması neftin ucuzlaşmasını məhdudlaşdırır.
Reuters-in məlumatına görə, sentyabrın sonunda Yaxın Şərqdən neft axını müharibədən əvvəlki səviyyələri belə ötüb. Buna baxmayaraq, logistika və sığorta xərclərinin artması bazarın normal vəziyyətə qayıtmasına imkan vermir.
G7 ölkələrinin strateji ehtiyatlardan əlavə neft və dizel buraxmaq planı da bazardakı təzyiqi azaltmağa hesablanıb. Lakin Hörmüz ətrafında təhlükəsizlik problemi davam etdikcə enerji bazarında qiymətlərin həssas qalacağı gözlənilir.
Günel GÜNTAC





