Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlanılması barədə qərar qəbul edib

ELAZ.İNFO xəbər verir ki, Bakıda “Bravo” hipermarketinə silahlı basqın etməkdə təqsirləndirilən Dəyanət Qüdrətov və Azər Məmmədov barələrində hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə Azər Məmmədovun kassasiya şikayətinin geri götürdüyü məlum olub.

Məhkəmənin qərarına əsasən, Dəyanət Qüdrətovun şikayəti təmin olunmayıb və aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dəyanət Qüdrətov ömürlük, Azər Məmmədov və İbrahim İbrahimov 19 il, Səbuhi Qurbanov 18 il 6 ay, Rövşən İsmayılov 4 il 11 ay 28 gün Babək İsgəndərov isə 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Aydan

Bizi izləyin və paylaşın