Tarix səhifələrimizdə yadelli düsmənlərə qarşı mübarizə aparmiş qəhrəmanlarımızın adları yad edilir.O səhifələrə məqsədli şəkildə daxil edilməmiş yüzlərlə qəhrəmanımızdan biri idi Hacı Ağakişi bəy. El arasında Qazmalarlı (Qaxın Qazmalar kəndi) Hacı Agakişi bəy kimi tanınan 70 yaşlı bu şəxs 1930 cu ildə baş vermiş miqyasına görə hətta SSRi rəhbərliyini qorxuya salan Şəki üsyanının başçılarından biri olmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində baş vermiş bu üsyana kollektivləsmə ilə razılaşmayan qolçomaq və bəylərin usyanı donu geydirilsə də ən başlıca səbəb Səki-Zaqatala dairəsinin sakinlərinə məxsus dədə-baba torpaqlarının Gürcustan respublikasının inzibati ərazisinə daxil edilməsi idi..Qanıx (Alazan) çayının sağ sahilindəki minlərlə hektar torpaq sahəsi yerli dövlət məmurlarının da imzaladığı sənədlərlə qonşu respublikanın ərazisinə qatıldı.
Üsyanın yatırilması ücün bölgəyə Avram Yerginyanın basçıliq etdiyi ordu hissələri yeridildi.
Üsyançılar ciddi muqavimət göstərsələr də sonda üsyan yatırıldı.
Üsyanın yatırılmasının son nəticəsi olaraq 214 nəfər öldürüldü, 865 nəfər həbs edildi. 865 nəfərdən 850 nəfəri sürgün edildi.15 nəfər isə Qax rayon milis şöbəsində güllələndi.
” Üsyan yatırıldıqdan sonra Hacı Ağakişi bəy iki silahdaşı ilə “Xəlilbəy” meşəsində gizlənirdi.Hətta onun yerini bildirənə mükafat da vəd edilmişdi.
Onun meşəyə yaxın Xələftala kəndində bir evdə gecələdiyi məlumatını alan milisionerlər milis rəisi Padarovun başçılığı ilə evi mühasirəyə aldılar.Təslim olma çağırışları nəticəsiz qaldı.Uzun sürən atışmanın sonu olaraq milisionerler gətirdikləri “Maksim” pulemyotu ilə evi taramağa məcbur oldular.Taxtadan olan evin içərisindəki hər kəs ölmüşdü.Haci Agakişi bəyin və iki silahdaşının cəsədi dərs olsun deyə iki gün Qax milis şöbəsinin həyətində yerli sakinlərə nümayiş etdirildi”
Şahmərdan Əhmədov
Sözardı.Güllələnənlər arasında üsyanın Şəkidəki rəhbərlərindən biri ilisulu Danyal sultanın nəslindən olan Əhədxan Cəfər bəy oğlu Sultanov da olmuşdur. O akademik Əzəl Sultanovun böyük qardaşi idi.

