Avropada meşə yanğınları və güclü istilər: Minlərlə insan təxliyə edildi

28.07.2026 Müəllif: Natəvan BƏYDİLİ Şərh: 0


ELAZ.İNFO xəbər verir ki, Fransa və İspaniyada davam edən güclü istilər genişmiqyaslı meşə yanğınlarına səbəb olub.

Fransanın Bordo şəhəri yaxınlığında alovun sürətlə yayılması nəticəsində təxminən 4 min nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib. Yanğınların söndürülməsinə 3 mindən çox yanğınsöndürən və onlarla xüsusi texnika cəlb olunub.

Mütəxəssislər bildirirlər ki, yüksək temperatur, güclü külək və quraqlıq yanğınların yayılmasını sürətləndirir. BMT rəsmiləri isə iqlim dəyişikliyinin bu cür ekstremal hava hadisələrinin sayını və şiddətini artırdığı barədə növbəti dəfə xəbərdarlıq ediblər.


Hazırda bölgədə fövqəladə vəziyyət davam edir və hakimiyyət orqanları sakinləri təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Aydan

Bizi izləyin və paylaşın
👁 0
Teqlər:
Natəvan BƏYDİLİ