Prezident Qazaxıstanda diplomatik nümayəndəlikdə dəyişiklik etdi

Prezident Qazaxıstanda diplomatik nümayəndəlikdə dəyişiklik etdi


ELAZ.İNFO xəbər verir ki, Azərbaycanın Qazaxıstandakı diplomatik nümayəndəliyində kadr dəyişikliyi baş verib. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ölkənin Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Əlimirzamin Qəvvam oğlu Əskərov təyin edilib.

Sərəncama əsasən, Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Eyni zamanda imzalanan digər sərəncamla Əlimirzamin Qəvvam oğlu Əskərov həmin vəzifəyə təyin olunub.

Aydan

Bizi izləyin və paylaşın