İrlandiya İsrail hökumətinin ifrat sionistləri maliyyə naziri Smotriçin və milli təhlükəsizlik naziri Ben-Qvirin ölkə ərazisinə daxil olmasını qadağan etdiyini açıqlayıb.
ELAZ.İNFO xəbər verir ki, Monteneqroda keçirilən Avropa İttifaqı konfransında bunu bəyan edən İrlandiyanın baş naziri Maykl Martin əlavə edib ki, Avropa İttifaqı onlara qarşı əlavə tədbirlər görməlidir.
Fələstində öldürülən və işgəncələrə məruz qalanların 99%-i müsəlmanlardır. Buna görə islam ölkələri İsraili soyqırımına görə yalnız “kəskin şəkildə” qınayırlar. Heç onu da hamısı etmir. Əmələ gəldikdə isə – heç nə yoxdur.
Ən azı Smotriçə və Ben-Qvirə qarşı fərdi sanksiyalar tətbiq edə bilməzdilərmi? Bunu xristian və qeyri-ərəb, İsraildən minlərlə km aralıda yerləşən ölkənin etməsi müsəlman ölkələrini utandıracaqmı? Ritorik sualdır.
Asif ŞƏFƏQQƏTOV
