ELAZ.İNFO xəbər verir ki, Fransada dövlət büdcəsinin vəziyyəti ilə bağlı müzakirələr yenidən gündəmin ön sıralarına çıxıb.
Hökumət 2026-cı ildə büdcə kəsirinin daha da böyüməsinin qarşısını almaq üçün dövlət xərclərində əlavə məhdudiyyətlər tətbiq edir.
“Le Monde”un məlumatına görə, ekologiya sahəsinə ayrılan vəsaitlər də bu qənaət tədbirlərindən təsirlənib.
Hökumət 500 milyon avro həcmində vəsaiti ləğv edib, daha 783 milyon avronu isə dondurub.
Büdcəyə qənaət tədbirləri Fransada siyasi müzakirələri də kəskinləşdirir. Çünki hökumət bir tərəfdən dövlət maliyyəsinin balanslaşdırılmasına çalışır, digər tərəfdən isə sosial və ekoloji proqramların maliyyələşdirilməsi ilə bağlı təzyiqlərlə üzləşir.
Fransanın qarşıdakı büdcə müzakirələrində əsas sual hökumətin xərclərin azaldılması ilə sosial öhdəlikləri necə uzlaşdıracağı olacaq.
Günel GÜNTAC


