ABŞ-da qızılca təhlükəsi böyüyür

ABŞ-da qızılca təhlükəsi böyüyür: xəstələrin sayı 731-ə çatdı

ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatında qızılca ilə bağlı vəziyyət ciddi olaraq qalır.

Ştatın səhiyyə orqanlarının son məlumatına görə, bu il ərazidə qeydə alınan qızılca hallarının sayı 731-ə çatıb.

Son məlumatlarda xəstəliklə əlaqəli dörd ölüm hadisəsinin olduğu bildirilir.

Epidemiyanın genişlənməsi ABŞ-da peyvəndlərlə bağlı müzakirələri də yenidən gündəmə gətirib.

Səhiyyə mütəxəssisləri yoluxucu xəstəliklərin qarşısının alınmasında peyvəndlənmənin əhəmiyyətini vurğulayırlar.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın