44 700 nəfər peşə təhsilinə üstünlük verdi

44 700 nəfər peşə təhsilinə üstünlük verdi – Azərbaycanda peşə təhsilində yeni rəqəmlər

Azərbaycanda peşə təhsili müəssisələrində yeni tədris ili başlayıb.

ELAZ.İNFO xəbər verir ki, 2026–2027-ci tədris ilində ölkə üzrə 79 peşə təhsili müəssisəsində 44 700 nəfər təhsil alacaq.

Onlardan 27 968 nəfəri builki qəbul zamanı keçirilən müsabiqədən uğurla keçərək peşə təhsili almaq hüququ qazanıb.

Yeni tədris ilində peşə təhsili 151 ixtisas üzrə təşkil olunacaq. Qəbul olunanlar arasında müasir əmək bazarının tələblərinə uyğun hazırlıq proqramlarına cəlb edilən tələbələr də var.

Xüsusilə diqqətçəkən məqam qəbul olunanlar arasında 2 224 nəfərin dual peşə təhsili proqramına, 2 798 nəfərin isə yüksək texniki peşə təhsili səviyyəsinə qəbul edilməsidir.

Peşə təhsilinin genişləndirilməsi əmək bazarı üçün praktiki bacarıqlara malik kadrların hazırlanması baxımından əhəmiyyət daşıyır. Yeni tədris ilinin göstəriciləri bu istiqamətdə təhsilə marağın kifayət qədər yüksək olduğunu göstərir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın