Azərbaycan və Böyük Britaniya yeni yol xəritəsini müzakirə edir

Bakıdan Londona: Azərbaycan və Böyük Britaniya yeni yol xəritəsini müzakirə edir

ELAZ.İNFO xəbər verir ki, Azərbaycanla Böyük Britaniya arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.

Tərəflər bu istiqamətlər üzrə yol xəritəsinin hazırlanması məsələsini gündəmə gətiriblər.

Mövzu təkcə nəqliyyat əlaqələri ilə məhdudlaşmır. Rəqəmsal texnologiyalar və müasir nəqliyyat sistemlərinin inkişafı iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlərindən biri kimi nəzərdən keçirilir.

Yol xəritəsinin hazırlanması Bakı-London münasibətlərində iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsi baxımından diqqət çəkir.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın