Bakıda tarixi abidələrlə bağlı mühüm toplantı keçiriləcək

17.09.2026

ELAZ.İNFO xəbər verir ki, Bakıda tarixi-dini abidələrin qorunması məsələsinə həsr olunan konfrans keçiriləcək.

Tədbirdə tarixi və dini-mədəni irsin qorunması, bərpa proseslərində müasir yanaşmalar, dini icmaların rolu və işğaldan azad edilmiş ərazilərdə bərpa olunan abidələrin əhəmiyyəti müzakirə olunacaq.

Konfransın 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində keçirilməsi nəzərdə tutulub.

Konfransda mütəxəssislər və dövlət qurumlarının nümayəndələri tarixi abidələrin şəhər mühitində qorunması ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Günel GÜNTAC

👁 150