ELAZ.İNFO xəbər verir ki, Rusiya daxili yanacaq bazarında sabitliyi qorumaq üçün dizel yanacağı ixracına tətbiq olunan məhdudiyyətlərin müddətini uzatmağa hazırlaşır.
“Vedomosti”nin hökumət daxilindəki mənbələrə istinadən yaydığı məlumata görə, məhdudiyyətlərin oktyabrın sonunadək davam etdirilməsi planlaşdırılır.
Moskvanın bu addımı daxili bazarda yanacaq təminatını qorumaq məqsədi daşıyır.
Qərar eyni zamanda Rusiya enerji sektorunun xarici bazarlara çıxış imkanları baxımından da diqqət çəkir. Ölkənin neft məhsulları üzrə ixrac siyasətində daxili tələbatın təmin edilməsi son dövrdə əsas məsələlərdən birinə çevrilib.
Məhdudiyyətlərin uzadılması beynəlxalq yanacaq bazarındakı təklifə də təsir göstərə biləcək addımlardan biri kimi izlənilir.
İlahə BAYINDIR


