Beynəlxalq Biatlon İttifaqının (IBU) sentyabr ayında keçiriləcək konqresində rusiyalı idmançıların turnirlərə buraxılması məsələsi müzakirə olunmayacaq.
ELAZ.İNFO xəbər verir ki, bu barədə Rusiya Biatlon İttifaqının (SBR) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, SBR konqres ərəfəsində IBU İcraiyyə Komitəsinə müraciət edərək rusiyalı biatlonçuların beynəlxalq yarışlara qayıtması və qurumun tamhüquqlu üzvlüyünün bərpa olunması məsələlərinin gündəliyə salınmasını xahiş edib. Lakin təşkilat bu mövzuları Almaniyanın Berxtesqaden şəhərində keçiriləcək konqresdə müzakirə etməyi planlaşdırmır.
Qeyd edək ki, 2026-cı ilin iyul ayında Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin üzvlüyünü bərpa edib və beynəlxalq federasiyalara milli idmançılara, o cümlədən komanda yarışlarına qoyulan Məhdudiyyətləri ləğv etməyi tövsiyə edib.
Buna baxmayaraq, IBU prezidenti Ölle Dalin (Olle Dahlin) BOK-un tövsiyələrinə rəğmən rusiyalı idmançıları yarışlara qaytarmaq niyyətində olmadıqlarını açıqlayıb. SBR isə 2022-ci ilin yazından bəri tətbiq edilən kənarlaşdırma qərarının ləğvi üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
Ruslan MƏMMƏDOV


