ELAZ.İNFO xəbər verir ki, sərnişin tələbatının artması nəzərə alınaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, əlavə səfərlər 19 və 21 avqust tarixlərində təşkil olunacaq.
Bildirilib ki, Bakı–Ağstafa–Bakı istiqamətində əlavə reyslərlə yanaşı, Bakı–Qazax–Bakı marşrutu üzrə gündəlik qatar səfərləri də ənənəvi qrafik əsasında davam etdirilir.
Qərarın əsas məqsədi artan sərnişin tələbatını qarşılamaq və bu istiqamətdə səfər edən vətəndaşların rahatlığını təmin etməkdir.
Günel GÜNTAC


