“Neftçi”dən daha bir transfer

“Neftçi”dən daha bir transfer: rumıniyalı futbolçu keçidə yaxındır

ELAZ.İNFO xəbər verir ki, “Neftçi” Rumıniyanın “Botoşani” klubunda çıxış edən Sebastian Mailatın transferini reallaşdırmağa yaxındır.

28 yaşlı hücumameyilli yarımmüdafiəçi Rumıniya çempionatında FCSB ilə keçirilən oyundan sonra mümkün keçidi ilə bağlı açıqlama verib. O, klublar arasında danışıqların son mərhələyə çatdığını bildirib.

Mailat daha güclü çempionatda oynamaq istədiyini və karyerasında növbəti addımı atmağa hazır olduğunu söyləyib. Futbolçunun sözlərinə görə, tərəflər əsas məsələlər üzrə razılığa gəlib və yekun qərarın verilməsi gözlənilir.

Rumıniya mətbuatında yayılan məlumatlara əsasən, “Neftçi” bu transfer üçün “Botoşani”yə 400 min avro ödəyə bilər.

Sebastian Mailat karyerası ərzində “CFR Cluj”, “Voluntari”, “Suwon Samsung Bluewings” və “Sepsi” kimi klublarda da çıxış edib. O, 2025-ci ildən “Botoşani”nin heyətindədir.

Transferin rəsmiləşməsi ilə bağlı yekun qərarın yaxın zamanda açıqlanması gözlənilir.

elaz.info

Bizi izləyin və paylaşın