ELAZ.İNFO xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrlar üçün ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 18 avqust saat 10:00-a olan göstəricilərə əsasən, 70 519 nəfər elektron ixtisas seçimi ərizəsini təsdiqləyib. Ali məktəblərə qəbul müsabiqəsində yalnız ərizəsini təsdiqləyən şəxslər iştirak edə biləcəklər.
İxtisas seçimi üçün ayrılmış müddət 19 avqust saat 23:59-da başa çatacaq. Bu səbəbdən seçimlərini hələ təsdiqləməyən abituriyent və subbakalavrların müəyyən edilmiş vaxtadək elektron ərizələrini tamamlamaları tələb olunur.
DİM bildirir ki, ixtisas seçimi, müsabiqə şərtləri və elektron ərizənin doldurulması ilə bağlı sualları olan şəxslər “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Bu mərkəzlər 10 ali təhsil müəssisəsində, DİM-in regional bölmələrinin yerləşdiyi şəhərlərdə və müəyyən tarixlərdə 50-dən çox bölgədə fəaliyyət göstərir.
Abituriyentlərin diqqətinə çatdırılır ki, yalnız təsdiqlənmiş elektron ərizə qəbul müsabiqəsində iştirak üçün əsas hesab olunur.
İlahə BAYINDIR


