Tovuzda VAZ-2107 markalı avtomobilin su arxına düşməsi nəticəsində sürücü ölüb

Tovuzda VAZ-2107 su kanalına düşdü: iki nəfər öldü

ELAZ.İNFO xəbər verir ki, Tovuz rayonunun Xatınlı kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı VAZ-2107 markalı avtomobil idarəetməni itirərək su kanalına düşüb. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyitini çıxarıblar. Daha sonra qəza nəticəsində su kanalına düşən digər şəxsin də meyiti aşkarlanaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məlumata görə, qəza nəticəsində 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlu və 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlu həyatını itirib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın