ELAZ.İNFO xəbər verir ki, Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı–Qazax magistral yolunun Əliyaqublu kəndi ərazisində qeydə alınıb. Qəza zamanı “VAZ-2106” və “KIA Sorento” markalı avtomobillər toqquşub.
Nəticədə 5 nəfər həyatını itirib, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralanan şəxslərdən 7-si Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. TƏBİB-in məlumatına görə, onlardan 2-nin vəziyyəti ağır, 5-nin vəziyyəti isə orta ağır qiymətləndirilib.
Məlumata görə, qəza nəticəsində ölənlər arasında uşaqlar da var. Hadisə ilə bağlı araşdırma aparılır.
elaz.info


