Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Dövlət Sərhəd Xidmətinin 4 hərbi qulluqçusuna ali hərbi rütbələr verilib

ELAZ.İNFO xəbər verir ki, dünən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 4 hərbi qulluqçusuna ali hərbi rütbələr verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2026-cı il tarixli Sərəncamına əsasən, general-mayor Babək Mürsəl oğlu Ələkbərov, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov və general-mayor Faiq Həmzəağa oğlu Məmmədova “general-leytenant” ali hərbi rütbəsi verilib.

Polkovnik Elfan Şakir oğlu Quliyev isə “general-mayor” ali hərbi rütbəsinə layiq görülüb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndi rəhbər tutulmaqla imzalanıb.

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın