ELAZ.İNFO xəbər verir ki, 2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyent və subbakalavrların ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 18 avqust saat 10:00-a olan göstəricilərə əsasən, 70 519 nəfər elektron ixtisas seçimi ərizəsini təsdiqləyib.
İxtisas seçimi 19 avqust saat 23:59-dək davam edəcək. Müsabiqədə yalnız elektron ərizəsini təsdiqləmiş şəxslər iştirak edə biləcəklər.
DİM abituriyentlərə seçimlərini son ana saxlamamağı və ərizənin təsdiqləndiyinə əmin olmağı tövsiyə edir.
Günel GÜNTAC


