Qırmızı Xaç Könüllüləri Nyu-Cersi İcmalarında Təhlükəsizlik və Fövqəladə Hallara Hazırlıq Məlumatları Paylaşıblar

Amerikan Qırmızı Xaç Cəmiyyətinin könüllüləri və onların sevimli rəmzi olan “Pinqvin Pedro” (Pedro the Penguin) Nyu-Cersi ştatında keçirilən kütləvi icma tədbirlərində fəal iştirak edərək əhaliyə təhlükəsizlik və fəlakətlərə hazırlıq qaydaları barədə maarifləndirici məlumatlar təqdim ediblər.

ELAZ.İNFO xəbər verir ki, təşkilatın komandası “Union City”də keçirilən “Univision Nueva York”un məktəbəqayıdış (“Regreso a Clases!”) tədbirinə, habelə Nyūark Şəhər İcra Hakimiyyətinin (“City of Newark, NJ”) təşkilatçılığı ilə baş tutan Latın Amerikası Festivalına (“Latin Festival”) qatılıb.

Ödənişsiz keçirilən bu icma tədbirlərində sakinlərə fəlakətlər zamanı düzgün davranış, təhlükəsizlik tədbirləri və fövqəladə hallara öncədən hazırlıq qaydaları izah olunub. Məlumata görə, mütəxəssislər və Pinqvin Pedronun maarifləndirici videoları ilə tanış olmaq istəyənlər təşkilatın rəsmi resurslarına müraciət edə bilərlər.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın