“Sərhədlərimizin keçilməz qalası” – Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına TƏBRİK

18 Avqust – Azərbaycan Respublikası Sərhəd Qoşunları Əməkdaşlarının Peşə Bayramı Günüdür.

ELAZ.İNFO xəbər verir ki, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və dövlət sərhədlərinin etibarlı mühafizəsində müstəsna xidmətləri olan Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından növbəti il ötür.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində yüksək peşəkarlıq, şücaət və fədakarlıq nümayiş etdirən sərhədçilərimiz bu gün azad olunmuş torpaqlarımız da daxil olmaqla, Vətən sərhədlərinin hər bir qarışında qürurla xidmət edirlər. Modern texniki vasitələrlə təchiz edilmiş, yüksək döyüş hazırlığına və sarsılmaz vətənpərvərlik ruhuna malik Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti gecə-gündüz demədən milli təhlükəsizliyimizin keşiyində məğrurcasına dayanır.

ELAZ.İNFO kollektivi adından gecə-gündüz demədən, hava şəraitindən və çətin relyefdən asılı olmayaraq, müqəddəs sərhədlərimizi göz bəbəyi kimi qoruyan bütün sərhədçilərimizi, zabit, gizir və əsgərlərimizi peşə bayramları münasibətilə samimi qəlbdən təbrik edirik! Sizə Vətənə şərəfli və məsuliyyətli xidmətinizdə möhkəm cansağlığı, polad iradə, sarsılmaz ruh və yeni-yeni uğurlar arzulayırıq. Müqəddəs xidmətinizdə uğurlar, adınız hər zaman uca olsun!

Bayramınız mübarək, əziz Sərhədçilər!

ELAZ.İNFO

Bizi izləyin və paylaşın