Kamran Qəzənfəri ölkə daxilində ali rəhbərliyə qarşı “siyasi çevriliş” cəhdinin həyata keçirildiyini iddia edib

Kamran Qəzənfəri ölkə daxilində ali rəhbərliyə qarşı “siyasi çevriliş” cəhdinin həyata keçirildiyini iddia edib


İELAZ.İNFO xəbər verir ki, randa sərt xətt tərəfdarı deputat Kamran Qəzənfəri ölkə daxilində ali rəhbərliyə qarşı “siyasi çevriliş” cəhdinin həyata keçirildiyini iddia edib.


Deputatın sözlərinə görə, bəzi siyasi dairələr və parlament rəhbərliyinin fəaliyyəti ali rəhbərin mövqeyini zəiflətməyə yönəlib. O bildirib ki, bu proses ölkənin siyasi sisteminə qarşı təşkil olunmuş hərəkətlər kimi qiymətləndirilməlidir.
Qəzənfəri həmçinin parlament sədri Məhəmməd Baqir Qalibafı tənqid edərək, ona qarşı hazırlanan bəyanata onlarla deputatın imza atdığını və yaxın günlərdə parlament binası qarşısında oturaq aksiya keçiriləcəyini açıqlayıb. Onun sözlərinə görə, imza kampaniyası davam edir və təşəbbüsə daha çox deputatın qoşulacağı gözlənilir.
Bununla belə, Qəzənfərinin “siyasi çevriliş” iddiaları hazırda müstəqil mənbələr və ya İranın rəsmi qurumları tərəfindən təsdiqlənməyib. Səsləndirilən fikirlər deputatın şəxsi siyasi mövqeyi kimi qiymətləndirilir.

Natəvan Bəydili

Bizi izləyin və paylaşın