Dövlət idarəçiliyində səmərəli fəaliyyətin stimullaşdırılması və dövlət qulluqçularının əməyinə yüksək qiymət verilməsi istiqamətində növbəti addım atılıb. Ölkə rəhbərliyi tərəfindən imzalanan yeni sərəncam yerlərdə və mərkəzi orqanlarda çalışan qulluqçuların məsuliyyətini və xidməti fəallığını daha da artıracaq.
ELAZ.İNFO xəbər verir ki, Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir qrup şəxslər təltif ediliblər. Sərəncama əsasən, təltif olunanlar arasında Neftçala Rayon İcra Hakimiyyəti başçısının Xıllı qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Məmmədov Namiq Xanoğlan oğlu da yer alıb. O, dövlət qulluğunda göstərdiyi uğurlu xidmətlərinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Ruslan MƏMMƏDOV
