“Rusiyanı sülhə məcbur etmək üçün qətiyyətli addımlar lazımdır”

Ukrayna Prezidenti Vladimir Zelenski G7 sammiti çərçivəsində təşkil olunan ilk çoxtərəfli “G7 – Ukrayna” formatlı görüşdə iştirak edib.

ELAZ.İNFO xəbər verir ki, görüş zamanı çıxış edən V.Zelenski Rusiyanın müharibə siyasətinin heç vaxt normallaşdırılmayacağını vurğulayıb. Daha çox raketin təmin edilməsi və onların istehsalı üçün müvafiq lisenziyaların alınması vacibdir. Ukraynanın qarşıdan gələn qış mövsümünü keçirməsi üçün “qış dəstək paketi”nin formalaşdırılması. Rusiyaya qarşı beynəlxalq təzyiqlərin artırılması.

V.Zelenski ABŞ-ın bu istiqamətlərdə Ukraynaya tam dəstək verməyə hazır olduğunu qeyd edib. O, həmçinin görüşdə iştirak edən Emmanuel Makron, Mark Karni, Fridrix Mers, Corciya Meloni, Sanaye Takaiçi, Keir Starmer, Donald Tramp, Antoniu Kosta və Ursula fon der Lyayenə Rusiyanı sülhə məcbur etmək istiqamətindəki təşəbbüslərinə görə təşəkkürünü bildirib.

Dövlət başçısı sonda vurğulayıb ki, müzakirə olunan bütün məsələlərin real nəticələrə çevrilməsi əsas şərtdir.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın