Tarix yalnız keçmişi öyrənmək üçün deyil, gələcəyi qurmaq üçün araşdırılır. Güney Azərbaycan Türk Millətinin bu gün qarşılaşdığı problemlərin əhəmiyyətli hissəsi yalnız İran rejiminin siyasətlərindən deyil, yüzilliklər boyu Türk dünyasında formalaşmış bəzi dövlətçilik ənənələrinin yaratdığı struktur problemlərdən qaynaqlanır.
Osmanlı İmperiyasının yüksəlişi Türk siyasi tarixinin ən böyük uğurlarından biri olsa da, onun institusional zəiflikləri sonrakı dövrlərdə bütün Türk dünyasına ağır nəticələr buraxdı. Mərkəziyyətçilik, fərdi təşəbbüsün boğulması, elmi inkişafın ləngiməsi, müstəqil iqtisadi siniflərin formalaşmasına imkan verilməməsi və dövlətin millətin üzərində dayanması prinsipi son nəticədə həm Osmanlının zəifləməsinə, həm də Türk xalqlarının xarici güclərin təsiri altına düşməsinə zəmin yaratdı.
Bu gün Güney Azərbaycan Milli Dövlətçilik Hərəkatı həmin tarixi səhvlərdən dərs çıxarmalıdır.Dövlət Millət Üçünmü, Millət Dövlət Üçünmü?
Osmanlı sistemində dövlət müqəddəs sayılırdı. Dövlətin qorunması çox zaman millətin inkişafından daha vacib hesab edilirdi. Halbuki müasir dövlətçilik anlayışında dövlət millətin xidmətçisi olmalıdır.Bu düşüncə fərqi çox vacibdir.
Türk milləti əsrlər boyu dövlət qurmuş, imperiyalar yaratmışdır. Lakin çox zaman dövlət aparatının güclənməsi millətin güclənməsi ilə paralel inkişaf etməmişdir. Nəticədə dövlət zəifləyəndə millət də müdafiəsiz qalmışdır.Güney Azərbaycan Türk Milləti gələcək dövlətini qurarkən bu səhvi təkrarlamamalıdır. Dövlət xalqın hüquqlarını qoruyan vasitə olmalı, xalq isə dövlətin qulluqçusu deyil, sahibi olmalıdır.
Mərkəziyyətçilik və Türk Millətinin Enerjisinin BoğulmasıTarix göstərir ki, Osmanlı daxilində müstəqil iqtisadi, siyasi və intellektual mərkəzlərin yaranmasına daim şübhə ilə baxılmışdır.
Bu yanaşma qısa müddətdə hakimiyyəti gücləndirsə də, uzun müddətdə cəmiyyətin yaradıcılıq qabiliyyətini məhv etmişdir.Eyni problem bu gün İran dövlətində daha sərt formada mövcuddur.
Tehranın mərkəziyyətçi sistemi Güney Azərbaycanın iqtisadi potensialını, insan kapitalını və milli təşəbbüslərini sistemli şəkildə zəiflədir. Təbriz, Urmiya, Ərdəbil və Zəncan kimi şəhərlərin potensialı məqsədli şəkildə mərkəzə tabe etdirilir.Nəticədə Güney Azərbaycan öz sərvətlərinə baxmayaraq inkişafdan geri qalır.Bu vəziyyət göstərir ki, gələcək Güney Azərbaycan dövləti yerli idarəetməni, sərbəst sahibkarlığı və vətəndaş təşəbbüslərini gücləndirməlidir.
Elmin Qarşısının Alınmasının Ağır Nəticələri
Tarixdə elmi düşüncənin zəiflədilməsi hər zaman geriləməyə səbəb olmuşdur.Türk dünyası bir zamanlar riyaziyyat, astronomiya, tibb və fəlsəfə sahələrində dünyanın önündə gedirdi. Lakin sonrakı əsrlərdə elmə deyil, təqlidçiliyə üstünlük verilməsi ciddi geriləmə yaratdı.Bu gün də Güney Azərbaycanda ana dilində təhsil qadağandır.Türk uşaqları öz dillərində elm öyrənmək hüququndan məhrumdurlar.Bir millətin dili sıxışdırıldıqda, onun düşüncə sistemi də sıxışdırılır.
Bu səbəbdən gələcək Güney Azərbaycan dövlətinin əsas prioritetlərindən biri ana dilində təhsil, elmi araşdırmalar və texnoloji innovasiya olmalıdır.
Türk Millətinin İnsan Kapitalının İtkisiGüney Azərbaycan Türk Milləti bu gün İran daxilində ən böyük insan potensialına sahib toplumlardan biridir.
Mühəndislər, həkimlər, alimlər, sahibkarlar və yaradıcı gənclər yetişir,lakin bu potensialın böyük hissəsi ya assimilyasiya olunur, ya da xaricə köçür.Bu, sadəcə fərdlərin itkisi deyil.Bu, milli gücün itkisidir.
Tarix göstərir ki, insan kapitalını qoruya bilməyən millətlər sərvətlərini də qoruya bilmirlər.
Güney Azərbaycan Dövlətçilik Hərəkatının əsas vəzifələrindən biri dünya üzrə yaşayan milyonlarla Güney Azərbaycan Türkünü vahid milli inkişaf layihəsi ətrafında birləşdirməkdir.
Türklərin Başına Gələn Fəlakətlərin Əsas Səbəbləri
Son iki yüz ildə Türk millətinin müxtəlif hissələri aşağıdakı problemlərlə üzləşmişdir:Rusiya imperiyasının işğalları nəticəsində Azərbaycanın parçalanması; İran fars mərkəziyyətçiliyinin Güney Azərbaycanda milli kimliyi zəiflətməsi; Ana dilinin qadağan olunması,Assimilyasiya siyasətləri;Milli elitanın sistemli şəkildə sıxışdırılması,Türk şəhərlərinin iqtisadi potensialının mərkəzə daşınması;
Tarixi yaddaşın təhrif edilməsi,milli təşkilatlanmanın qarşısının alınması.
Bu problemlərin ortaq mənbəyi bir həqiqəti göstərir.Milli gücü təşkilatlanmış xalq yaradır.
Xalqın təşkilatlanması olmadan heç bir dövlət uzun müddət yaşaya bilməz. Güney Azərbaycanın qarşısındakı tarixi missiyaGüney Azərbaycan Milli Dövlətçilik Hərəkatı yalnız siyasi azadlıq mübarizəsi deyil.
Bu, eyni zamanda yeni dövlətçilik modelinin qurulması layihəsidir.
Bu model:
Hüququn üstünlüyünə əsaslanmalıdır;
Qadın və kişilərin bərabər imkanlarını təmin etməlidir;
Riza Qaraçay
