Ronaldu evlənir?

Ronaldu evlənir? Dünya mediası məşhur futbolçunun toyu ilə bağlı iddiaları gündəmə gətirdi

ELAZ.İNFO xəbər verir ki, Portuqaliyalı futbol ulduzu Cristiano Ronaldo və uzun illərdir həyat yoldaşı olan Georgina Rodríguez yenidən dünya mediasının diqqət mərkəzinə düşüb.

Beynəlxalq KİV-də yayılan xəbərlərə görə, cütlüyün yaxın günlərdə nikah masasına əyləşəcəyi iddia olunur. Məlumatlarda toy mərasiminin Ronaldunun doğulduğu Portuqaliyanın Madeyra adasında keçiriləcəyi və mərasimin avqustun 8-də baş tuta biləcəyi bildirilir.

Bununla yanaşı, son günlər sosial şəbəkələrdə Ronaldu və Corcinanın artıq gizli şəkildə ailə qurduqları barədə də müxtəlif iddialar yayılıb. Lakin futbolçunun ailəsinə yaxın mənbələr bu xəbərləri təsdiqləməyərək, yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildiriblər.

Xatırladaq ki, Cristiano Ronaldo və Georgina Rodríguez 2016-cı ildən birlikdədirlər. Cütlük 2025-ci ildə nişanlandıqlarını açıqlayıb və həmin vaxtdan onların toyu ilə bağlı xəbərlər mütəmadi olaraq gündəmə gəlir. Hazırda isə nə Ronaldunun özü, nə də Georgina Rodríguez yayılan son iddialarla bağlı rəsmi açıqlama verib.

Beləliklə, dünya mediasında toy hazırlıqları ilə bağlı xəbərlər geniş yayılsa da, məşhur cütlüyün nikah tarixi hələlik rəsmi şəkildə təsdiqlənməyib.

İslam MAHMUDOV

Bizi izləyin və paylaşın