ABŞ prezidentinin İrana hücum haqqında fikirlərini tez-tez dəyişməsi, qərarsızlığı, müharibənin qeyrimüəyyən vaxta qədər uzanması, onu göstərir ki, Tramp özü də içraçıdır. O da bilmir ki, hansı planlar çəkilir. Əgər İrana Rusiya, Çin yardım etməsə idi ABŞ çoxdan qalıb idi. İranda da Ukraynada da aparılan müharibə, iki ənənəvi rəqib olan gücün, Rusiya ilə, ABŞ, qərbin geosiyasi müharibəsidir. Əsas səbəb bu iki tərəfin imperialist iddialarıdır. Qalan butün eşitdiyimiz və gördüyümüz hamısı bu iki geosiyasi gücün müharibəsinin nəticələrdir. Çox zaman nəticələri bizə səbəb kimi göstərirlər. Bax bu da hadisələri düzgün mahiyyəti üzrə anlamağa mane olur və gələcək hadisələrin də proqnozunu vermək çətinləşir. Müasir İran fars dövlətinin gerçək yaranma tarixini bildikdən sonra, bu ölkədə insanların tam xoşbəxt olması üçün və İran dövlətinin həqiqətən müstəqil olması üçün, gərək mütləq İranda Azərbaycan Türkləri 1925-çi ildə xain siyasətlə əllərindən alınan min illik hakimiyyətini bərpa etsin! İran xalqı xoşbəxt olmaq istəyirsə, birləşməli və Azərbaycan Türklərinin hakimiyyətini bərpa etməlidir!!!
Tahir Ələkbərov
