Şimali Azərbaycan Respublikası 1993 cü il 15 iyundan sonra günbə-gün nədən qurtuldu?!
Biz geosiyasi düşüncəsi, strateji təfəkkürü, siyasi bilikləri, təcrübəsi olmayan “rəhbər”lərdən qurtulduq! Naşı insanların hoqqalardan qurtulduq, hələ də böyük dövlətlərdən məsləhət və kömək uman “rəhbər”lərdən qurtulduq! Biz xalqımızı və dövlətimizi geosiyasi oyunlarda “alət” kimi istifadə edilməsindən qurtulduq, biz vətəndaş müharibəsinin bəlasından qurtulduq! Biz xarici güclərin ölkə içində oynadıqları oyunlardan qurtulduq! Biz iqtisadiyyatın gerilməsindən qurtulduq, Biz gecələr çörək növbələrinə durmaqdan qurtulduq, kasıbçılıqdan qurtulduq!
15 iyuldan başlayaraq hər saat, hər gün bütün istiqamətlərdə inkişaf yoluna keçdik! Biz gücləndik! Elə gücləndik ki, hətta möhkəmlənmiş ədalətsiz dünya nizamının bünövrəsini elə tərpədib çartlatdıq ki, hələ də böyük güclər yeni dünya nizamının yaradılması üçün müharibə aparır. Biz 30 il işğalda qalıb bizə göz dağı verən müqəddəs torpaqlarımızı azad etdik! Biz 200 il parçalanaraq hərrac malı kimi bölüşdürülən torpaqlarımızın ayrılan son parçasını, Qərbi Zəngəzuru və Qarabağı geri qaytardıq! Bu hadisə, dünyada elə böyük və elə möhtəşəm qələbə oldu ki, böyük güclərin təsiri altında olan dövlətlərə ümud yeri, örnək yeri oldu! Bu qələbəmiz həm açıq müharibədə, həm geosiyasi, həm siyasi, həm də diplomatiq cəbhələrdə elə möhtəşəm qələbə oldu ki, hətta bizə düşmən olanlar da bizə əl uzatmağa, razılaşmaga məcbur oldular! 15 iyuldan başlanan qurtuluş yolu bizi elə hörmətli və güclü dövlət etdi ki, bu gün daha ədalətli dünya nizamının qurulması üçün dövlətlərin çoxu Azərbaycan dövlətindən və onun prezidentindən öyrənir və bizə ümidlə baxırlar.
Bu gün böyük güclər dünyada çox qütüblü dünyanın olmasını istəmirlər. 15 iyundan sonra Azərbaycan Respublikası gücləndi və TURK DÖVLƏTLƏRİ TƏŞKİLATININ güc mərkəzlərindən biri kimi inkişaf etməsi üçün geniş zolaqlı siyasətini hər gün aparmaqdadır!
15 İyundan başlanan inkişaf, bizim nicat yolumuz oldu!
Müasir müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir.
Tahir Ələkbərov.
