ELAZ.İNFO “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Pentaqon üç il ərzində 10 min ədəd qiyməti ucuz olan qanadlı raket almaq niyyətindədir.
Ucuz Qiymətli Konteyner Raketləri (LCCM) proqramı çərçivəsində alınacaq raketlərin hər birinin bir neçə yüz min dollara başa gələcəyi və ABŞ ordusunun artıq xidmətdə olan “Tomahawk” raketlərini tamamlayaraq arsenalını genişləndirməsinə və şaxələndirməsinə kömək edəcəyi gözlənilir.
Yeni raketlərin hazırlanması və istehsalı üçün sifarişi yerinə yetirmək məqsədilə Pentaqon “CoAspire”, “Zone 5”, “Leidos” və “Anduril Industries” şirkətləri ilə müqavilələr bağlayıb.
Aydan
