Ölkələrin İrandan insan haqlarına hörmət qoymağı tələb edib

Ölkələrin İrandan insan haqlarına hörmət qoymağı tələb edib

ELAZ.İNFO xəbər verir ki, 30-dan çox ölkə İranda etirazçıların edam edilməsinə son qoymağa çağırıb.

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

Məlumatda deyilir:- Fransa, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, İrlandiya, İtaliya, Almaniya və digər ölkələrin qoşulduğu birgə bəyanatda İranın etirazçıları susdurmaq məqsədilə ölüm hökmündən istifadə etdiyi bildirilib.

Bəyanata Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas da qoşulub.

Ölkələr İran hakimiyyətini ölüm hökmünün tətbiqinə dərhal son qoymağa çağırıblar.Aydan

Aydan

Bizi izləyin və paylaşın