Kaş həqiqətən də belə olaydı.

Kaş həqiqətən də belə olaydı

ELAZ.INFO

Avqustun 7-də Məkkə şəhərində Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında bağlanan saziş, fikirləri bütün istiqamətlərə yönəldir. Düşünürük ki, üç müsəlman ölkəsinin ittifaqı, bütün İslam və Türk dünyasının birliyinə və eyni zamanda dünyada sülhə xidmət edəcəkdir. Belə olan halda yaxın şərqdə və Orta Asiyada davamlı sülhə və təhlükəsizliyə xidmət edən bir saziş, olduqca önəmlidir. Bu halda bağlanan bu saziş, tək Orta Asiyada yox bütün dünyada sülhün davamlı olmasına xidmət edəcək. Kaş həqiqətən də belə olaydı.

Üç müsəlman dövləti arasında bağlanan bu sazişə müasir geosiyasi müharibələr prizmasından baxaq. Məlumdur ki, nəhəng güclər ABŞ, İngiltərə, qərb güc mərkəzi, Rusiya, Çin və bunların hər birinin təsiri altında olan regional güclər bir-biri ilə amansız mübaribədədir. Tərəflərdən heç birinin öz iddiasından geri çəkilməyi görünmür. Yəni, bir-birlərini sona qədər məhv etmək iddiaları, gündəlik xəbərlərdə görünür. Belə olan bir vəziyyətdə müharibə aparan tərəflər necə oldu ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanının müttəfiq olmasını sakit qarşılayır. Bu sakit qarşılanmanın özü adamda ciddi şübhələr yaradır. Əcaba Türkiyə NATO-nun üzvüdür, Səudiyyə Ərəbistanı da ABŞ güc mərkəzi ilə eyni xarici siyasət aparır. Pakistan da ABŞ-la çox yaxşı münasibətdədir. Bəs necə olur ki, ABŞ güc mərkəzi bu sazişə razı olurmuş kimi sakit baxır? Rusiya bu sazişin mənasını bilsə də təsir imkanları yoxdur. Çin də öz gücünə arxayın olub bu sazişə reaksiya vermədi.


Dünyanı idarə etməyə cəht edən nəhəng beyin mərkəzləri 1914-1918-ci il birinci dünya müharibəsinin nəticələrindən tam razı olmadılar. Yəni onlar Osmanlı İmperiyasını yox edə bilsələr də, Rusiya İmperiyasını tamam yox edə bilmədilər. Ona görə də İkinci dünya müharibəsi üçün heç bir iqtisadiyyatı, ordusu, hərbi gücü olmayan Almaniyanı qısa müdətdə gücləndirdilər. 1933-cü ildə Hitleri hakimiyyətə gətirdilər və Almaniya 1939-cu ildə o zaman ən güclü ordusu olan dövlətə çevirdilər. İnflyasiyası 1000% olan Almaniyanın iqtisadiyatı hansı yolla, hansı pulla və hansı məqsədlə gücləndirildi? Hitler Almaniyası altı ilə elə güclü oldu ki, qısa müddətdə Avropanı işğal etdi və SSRİ yə hücum etdi. Almaniyanı belə gücləndirən kim idi? Məqsədləri nə idi? Almaniyanı sürətli gücləndirən dünyanı tək idarə etməyə cəht edən beyin mərkəzi idi. Məqsəd qırmızı İmperiya olan SSRİ-ni yox etmək idi. Yəni bütün bunlar əvvəlcədən yazılan planın tərkib hissəsi idi.
Bəs bu gün Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanının hərbi müttəfiqlik haqda bağladıqları sazişə, ABŞ güc mərkəzinin sakit baxması, onun bu işə razı olmasını göstərir. ABŞ nəyə görə üç müsəlman ölkəsinin ittifaqını istəsin? Bu gün geosiyasi mübarizələr o qədər gərgin aparılır ki, artıq gələcəkdə olacaq böyük müharibənin lahiyyəsi bəlkə də artıq hazırdır. Xəyali olaraq geosiyasi düşüncələr bunu deməyə əsas verir.


Bu gün ən böyük güc mərkəzi ABŞ, İngiltərə, qərb gələcəkdə ola biləcək böyuk müharibədə özləri birbaşa əsgəri güclə iştirak etmək istəmir. Yəni, ölmək istəmirlər. Ona görə də Yaxın və Uzaq Şərqdə gələcəkdə ola biləcək böyük müharibələri hazırlamaq üçün güclü əks tərəfləri yaradırlar. İrana əsgər yeridib tam qalib gələ bilmirlər. Rusiya və Çin də müəyyən mərhələdə müharibəyə cəlb olunma ehtimalı da çoxdur. Zahiri olaraq Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanının hərbi müttəfiqliyini yaradan bu saziş, xoş təsir göstərsə də, bu ittifaq, məkirli beyin mərkəzi tərəfindən hazırlanmış böyük planın tərkib hissəsi olması ehtimalı, bizi olduqca məyus edir, kədərləndirir.
Belə bir uzun müddətli planın olması bizə təəccüblü gəlməməlidir. Tarixdə bizim böyük Türk dövlətləri əvvəlcədən hazırlanmış uzun müddətli planların həyata keçirilməsinin nəticəsində yox olmuşdur. Yeri gəlmişkən qeyd edim ki, Qacarlar dövlətimizin İran Fars dövlətinə çevrilməsi də, bəşəriyyətin təkamülü ilə yox əvvəlcədən hazırlanmış uzun müddətli məkirli planın nəticəsi olaraq yaradılıb.


Bu gün yaratdıqları İran onlara mane olur. Ona görə də bunu yox etmək və ya yenidən özlərindən asılı etmək üçün, yeni bir uzun müddətli plan hazırlanması olduqca real görünür. Bu düşüncələr, hadisələrin məntiqi nəticəsi olaraq tam real görünür.
İnanırıq ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı arasında avqustun 7-də bağlanan saziş, hətta böyük gücün məkirli planlarının tərkib hissəsi olsa da belə, bu ittifaq İslam və Türk dövlətlərinə və bütün dünyada sülhə və təhlükəsizliyə xidmət edəcək. Bu üç dövlətin geostrateji təfəkkürə malik olan rəhbərləri inanırıq ki, bu sazişi böyuk gücün məqsədləri üçün “alətə” çevrilməyəcək.
Bu saziş gizlin planla İrana qarşı yaradılsa da belə, düşünürük ki, bu üç dövlət İrana qarşı böyük açıq hərbi əməliyyat keçirməyəcək. İnanırıq ki, bu saziş bu üç İslam ölkəsinin təhlükəsizliyini gerçəkdən daha da artıracaq və inkişafına səbəb olacaq.
Sazişi imzalayan üç dövlət və dünyada müstəqil sülh siyasəti aparan bütün dövlətlər İran xalqlarının iradəsi ilə onlara yardım edərək, İranda Azərbaycan Türklərinin 101 il əvvəl məkirli siyasətlə alınan hakimiyyətini bərpa etməlidirlər! Bax bu halda İran gerçəkdən də bütün dövlətlərlə dost və müttəfiq olacaq! Buna mane olanlar dünyada sülhün, bərabərliyin, gerçək müttəfiqliyin olmasını istəməyən tərəfdir. Sülhü, bərabərliyi istəməyən tərəf, dunyanı idarə etmək istəyənlərdir. Bax onların səhvi də elə budur. Müasir dünyamızın ən böyük bədbəxtliyi də budur. Çox sadə bir gerçəyi anlamaq lazımdır ki, dünya o qədər zəngin və mürəkkəbdir ki, o qədər çox xalqlar, cəmiyyətlər, təşkilatlar, dövlətlər var və bunlar hər gün dəyişir, yenilənir, inkişaf edir ki, belə bir dünyanı bir və ya iki təşkilatın və ya bir insan qrupunun idarə etməsi mümkün deyil! Bütün dünyanın pulu, qızılı, imkanları səndə olsa da belə dünyanı tək mərkəzdən idarə etmək heç vaxt mümkün olmayacaq!

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın