YENİ DİREKTOR TƏYİNATI

Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə yeni direktor təyin olunub.

ELAZ.İNFO xəbər verir ki, sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsinə Orxan Rəhimov gətirilib.

O.Rəhimov 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İstehsal və xidmət sahələrinin iqtisadiyyatı / Mühəndis iqtisadiyyatı fakültəsinə daxil olub və 2010-cu ildə bakalavr təhsilini başa vurub. O, 2011-ci ildə həmin universitetin Biznesin idarə edilməsi fakültəsində magistraturaya qəbul olunaraq 2014-cü ildə təhsilini tamamlayıb.

Zəngin əmək fəaliyyətinə 2011-ci ildə başlayan Orxan Rəhimov müxtəlif illərdə özəl və dövlət sektorunda bir sıra məsul vəzifələrdə çalışıb: 2011–2012-ci illər: Azərbaycan Beynəlxalq Bankı; 2012–2015-ci illər: “Bank Technique” ASC; 2017-ci ildən: “SOCAR Methanol” MMC; 2018–2024-cü illər: Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor müavini; 2024–2026-cı illər: Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Müəssisəsində direktor. Orxan Rəhimov 12 avqust 2026-cı il tarixindən etibarən Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinin icrasına başlayıb.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın