SEPAH-ın “Bəsic” üzvləri azərbaycanlını güllələdi

ELAZ.İNFO xəbər verir ki, yerli mənbələr məlumatına görə”Bəsic” üzvləri Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan 35 yaşlı Ehsan Şirxaniyə atəş açaraq öldürüblər.

Məlumata görə, hadisə mayın 12-də Binab şəhərinin nəzarət postunda baş verib.

“Bəsic” qüvvələrinin şəxsi avtomobili ilə nəzarət postuna yaxınlaşan Ehsan Şirxaniyə əvvəlcədən xəbərdarlıq etmədən atəş açıblar.

Rəsmilər isə susurlar.

Emin Azəri Ərdəbil

Bizi izləyin və paylaşın