ELAZ.İNFO xəbər verir ki, dünyada gənclərin məşğulluğu ilə bağlı yeni statistika açıqlanıb.
Beynəlxalq Əmək Təşkilatının məlumatlarına əsaslanan hesabatda qlobal gənclər arasında işsizliyin mühüm problem olaraq qaldığı bildirilir.
Hazırkı məlumatlara görə, dünyada təxminən 67 milyon gənc işsizdir.
Gənclərin məşğulluğu qlobal gündəmdədir
Gənclər arasında işsizlik xüsusilə əmək bazarına ilk dəfə daxil olan şəxslər üçün ciddi problem yaradır.
Təhsilini başa vuran gəncin ilk işini tapması, təcrübə qazanması və əmək bazarında özünə yer tutması bir sıra ölkələrdə əsas sosial-iqtisadi məsələlərdən biri olaraq qalır.
Beynəlxalq Əmək Təşkilatının məlumatlarında son dövrdə gənclər arasında işsizlik göstəricilərində artımın xüsusilə yüksək gəlirli iqtisadiyyatlarda diqqət çəkdiyi qeyd olunur.
Bu vəziyyət əmək bazarında yeni iş yerlərinin yaradılması, peşə hazırlığının gücləndirilməsi və gənclərin müasir bacarıqlara yiyələnməsi məsələlərini ön plana çıxarır.
Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda da əmək bazarı ilə bağlı yeni statistika açıqlanıb. İyulun 1-nə ölkədə 248,5 min nəfər qeydiyyata alınmış işsiz olub və bu göstərici ilin əvvəlindən 3,6 faiz artıb.
İlahə BAYINDIR


