ELAZ.İNFO xəbər verir ki, ünya bazarında Azərbaycanın “Azeri Light” markalı neftinin qiymətində artım qeydə alınıb.
Avqustun 12-də açıqlanan məlumata görə, “Azeri Light”ın bir barelinin qiyməti 0,41 ABŞ dolları və ya 0,43 faiz artaraq 95,57 dollara yüksəlib.
Beləliklə, Azərbaycan neftinin qiyməti dünya bazarında yenidən 96 dollara yaxınlaşıb.
Neftin qiyməti niyə önəmlidir?
Azərbaycan iqtisadiyyatında neft və qaz sektoru mühüm yer tutduğundan dünya bazarında neft qiymətlərinin dəyişməsi ölkənin enerji gəlirləri baxımından diqqətlə izlənilir.
“Azeri Light”ın qiyməti Azərbaycan neftinin beynəlxalq bazarlardakı göstəricilərindən biri hesab olunur.
Hazırkı artım əvvəlki göstərici ilə müqayisədə cüzi olsa da, neftin bir barelinin 95 dollardan yuxarı səviyyədə qalması diqqət çəkir.
İlahə BAYINDIR


