Orbandan Kiyevə “güclü” xəbərdarlıq, Zelenskidən açıq təhdidlər

ELAZ.İNFO xəbər verir ki, Rusiya neftini Avropaya daşıyan “Dostluq” (Drujba) kəmərinin fəaliyyətinin dayandırılması Macarıstan və Ukrayna arasında diplomatik müharibəni pik həddə çatdırıb. Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin heç bir güzəştə getməyəcəyini və tranzitin bərpasına “güc yolu ilə” nail olacağını bəyan edib.

Yanvarın 27-dən etibarən “Dostluq” kəməri ilə neft nəqli dayandırılıb. Ukrayna tərəfi bunu texniki nasazlıqla izah etsə də, faktlar əksini deyir: Slovakiya Baş naziri Robert Fitsonun nümayiş etdirdiyi görüntülər kəmərin zədələnmədiyini sübut edir. Kiyev Macarıstanın Energetika Nazirliyi və MOL şirkətinin mütəxəssislərindən ibarət komissiyanı əraziyə buraxmaqdan imtina edib. Volodimir Zelenski kəmərin bərpasını Aİ-dən gözlənilən 90 milyard avroluq kreditin alınması ilə birbaşa əlaqələndirib.

Vəziyyət tərəflərin şəxsi təhdidləri səviyyəsinə keçib. Zelenskinin Ukrayna Nazirlər Kabinetinin iclasında Orbanın ünvanına işlətdiyi ifadələr böyük rezonans doğurub: “Əgər Macarıstan Ukraynaya yardımı bloklamağa davam edərsə, mən Macarıstan Baş nazirinin ünvanını Ukrayna Silahlı Qüvvələrinə (VQİ) verəcəyəm ki, onlar ona zəng edib ‘öz dillərində’ danışsınlar.” Viktor Orban “güc” tətbiq edəcəyini deyərkən hərbi deyil, siyasi və maliyyə rıçaqlarını nəzərdə tutduğunu açıqlayıb: Macarıstan artıq Ukraynaya dizel yanacağı verilişini dayandırıb. Neft blokadası qalxdıqca, Budapeşt Aİ-nin Kiyevə yönəlmiş heç bir qərarını təsdiqləməyəcək. Ukrayna tərəfindən mümkün diversiya ehtimallarına qarşı Macarıstanın kritik enerji obyektləri güclü nəzarətə götürülüb. Avropa Komissiyası Slovakiya və Macarıstanın haqlı olduğunu dolayısı ilə qəbul edib. “Bloomberg”in məlumatına görə, Brüssel kəmərin təmiri üçün (nasazlıq olmasa belə) Ukraynaya ayrılan büdcə hesabına vəsait verməyə və öz ekspertlərini göndərməyə hazırdır.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
Verified by MonsterInsights