ELAZ.İNFO xəbər verir ki, İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) 14 yanvarda bildirib ki, etirazlarda ölənlərin sayı 2550 nəfərə çatıb, o cümlədən 147 təhlükəsizlik işçisi və 2403 etirazçı.
İran hakimiyyəti hələlik etirazlarda ölən və ya yaralananların sayı ilə bağlı rəsmi açıqlama yaymayıb.
Məlumat üçün bildirək ki, etirazlar zamanı artan zorakılıq və polis müdaxiləsindən sonra 9 yanvarda ölkə daxilində internet bağlantısı bağlanıb.
İlahə BAYINDIR