Yüksəliş Partiyasının sədrinin məhkəmə prosesi keçirilib

ELAZ.İNFO xəbər verir ki, Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Anar Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məlumata əsasən, zərərçəkmiş şəxslər kimi tanınan Oqtay Qasımov və Etibar Nəsibov tərəflər arasında barışıq olmadığını bildirərək təklif olunan cəza ilə razılaşdıqlarını deyiblər.

Vəkil Rəsul Cəfərov isə müdafiə etdiyi şəxsin dələduzluq etmədiyini, yalnız borc münasibətinin mövcud olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini istəyib.

Anar Əsədli vaxtilə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin səlahiyyətli nümayəndəsi olub.

Aydan

Bizi izləyin və paylaşın