Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib

16.10.2026

ELAZ.İNFO xəbər verir ki, Türkiyə vətəndaşı, «Şanlıurfa Olay» qəzetinin köşə yazarı Cəlal Çiftçi Azərbaycanda çevrilişə çağırış etmək və dini nifrəti qızışdırmaq ittihamları ilə cinayət işi üzrə təqsirləndirilən şəxs qismində təqib olunur və beynəlxalq axtarışa verilib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluğun məlumatına əsasən, Cəlal Çiftçi (1975-ci il təvəllüdlü) və bir neçə digər şəxs sosial şəbəkələrdə çevrilişə, hakimiyyətin zorla ələ keçirilməsinə, dini nifrət və düşmənçiliyin yaradılmasına çağırışlar olan paylaşımlar yayıblar. Azərbaycan hökumətinin 21 sentyabr 2026-cı il tarixli qərarından sonra bu cür məzmunların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış materialların yenidən yayımlanması halları aşkar edilib.

Aydan

Bizi izləyin və paylaşın
👁19
Teqlər: