BMT-yə 30 il inandı və sonda ədaləti özü bərpa etdi

16.10.2026

ELAZ.İNFO

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad (AQEM) tədbirləri üzrə 7-ci zirvə görüşü, dünyada güclərin tarazlıq nizamı pozulandan sonra, yeni tarazlaşma prosesinin aparıldığı bir zamanda, yeni dünya nizamının qurulması üçün aparılan gərgin münasibətlərin və qanlı müharibələrin aparıldığı bir vaxtda, daha ədalətli və dayanıqlı dünya nizamının qurulması üçün, bütün tərəflərə, bütün dövlətlərin rəhbərlərinə, bütün düşüncə mərkəzlərinə olduqca önəmli açıq mesajlar verir.

Bu görüşdə Asiyanın 29 dövlətindən rəhbərlər iştirak edərək çıxışları ilə Asiyada qarşılıqlı etimadın və fəaliyyətin daha da gücləndirilməsinin önəmini vurğuladı. Asiyada 20-yə qədər münaqişə ocağı vardır. Asiya dövlət rəhbərlərinin bu sammitə ümidlə gələrək bütün münaqişə ocaqlarını yox edib, bu münaqişəni qarşılıqlı ehtimad və faydalı fəaliyyətə çevirmək istəyi, çıxışların əsas mahiyyətini təşkil edirdi. Sammitdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı xüsusi məna yükü daşıyır. Cənab Prezident çıxışı zamanı 30 illik işğal zamanı bizə qarşı edilən ikili münasibətləri, təzyiqləri, soyqırımları bir daha diqqətə çatdırıb bəyan etdi. Cənab prezident bildirdi ki, “bunları bir daha diqqətə çatdırdım. Çünki bu qlobal məsələdir!” Gerçəkdən də bu qlobal bir problemdir. Azərbaycana qarşı olan bu düşmən münasibət, sabah hər bir ölkəyə qarşı edilə bilər. Bu münasibəti bu gün də biz dünyanın bir çox yerlərində görürük. Prezident cənab İlham Əliyev açıq bəyan etdi; “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizimlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq” Müasir dünyada ən böyük təşkilat olan BMT-yə qarşı bundan açıq və bundan təsirli söz deyib islahata, yenilənməyə çağıran, təsirli söz deyən yoxdur! Cənab Prezident, Azərbaycanın nümunəsində bütün iştirakçılara göstərdi ki, dünyada o cümlədən Asiyada münaqişələrin daha çox artmaması üçün birliyimizin, qarşılıqlı ehtimadın və fəaliyyətimizin nə qədər önəmli olduğunu göstərdi.

Təəssüf ki, hər zaman olduğu kimi bu gün də dünyada əsas dəmir qanun gücdür! BMT-nin humanist, ədalətli, hər zaman haqqı müdafiə edən beynəlxalq təşkilat olmasına artıq inam yoxdur. Bu təşkilatı 1949 cu ildə yaradan qalib dövlətlər, yəqin ki, bu qurumu özləri üşün yaratmışlar. Ona görə də yenə də tam BMT-yə inanmaq, ən yumuşaq desəm sadəlövlük olar. Azərbaycan BMT-yə 30 il inandı və sonda ədaləti özü bərpa etdi.
AQEM-in 7-ci zirvə sammiti həm də bütün üzv ölkələrə birliyimizin, qarşılıqlı fəaliyyətin və ehtimadın nə qədər önəmli olduğunu göstərdi. Bütün üzv dövlətlər Azərbaycanın yenidən AQEM-ə rəhbərlik etməsinə səs verdi. AQEM-ə üz dövlətlər Azərbaycanla hər gün qarşılıqlı münasibətdə olub daha çox birlik, müttəfiqlik göstərərək, bu qrumu güclü beynəlxalq təşkilat səviyyəsinə yüksəltməlidirlər. Türk Dövlətləri Təşkilatı da öz nüfuzunu daha da gücləndirərək, AQEM-i də gücləndirməlidir. AQEM-nin hər gün beynəlxalq nüfuzunu gücləndirmək, hər hir üzv dövlətin geostrateji hədəfi olmalıdır. AQEM mövqeylərini gücləndirməklə yanaşı, həm də yeni dünya nizamının daha ədalətli və davamlı quruması prosesinə qoşulur.

Tahir Ələkbərov

Bizi izləyin və paylaşın
👁14
Teqlər: