Ukrayna Enerji Atəşkəsindən Çıxdı: Rusiyanın Neft Zavoduna Zərbə


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mülki elektrik stansiyalarına hücumlarını dayandırmaması səbəbindən ABŞ-ın sabiq prezidenti Donald Tramp tərəfindən təklif olunmuş enerji və hərbi atəşkəs rejiminin ləğv edildiyini bəyan edib.
ELAZ.INFO xəbər verir ki, bu bəyanatın dərhal ardından Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft emalı zavoduna dəqiq cavab zərbəsi endirib. Kiyev rəsmiləri bildirir ki, qarşı tərəfin Ukraynanın kritik infrastrukturlarını hədəf alması hər hansı razılaşmanın qüvvədə qalmasını qeyri-mümkün edib. Zelenskinin sözlərinə görə, Ukrayna bundan sonra öz milli təhlükəsizliyini qorumaq üçün Rusiyanın yanacaq-energetika komplekslərinə adekvat zərbələr endirməyə davam edəcək.
Ruslan MƏMMƏDOV
12





