Yaponiya Ukraynadan Zərbə Və Zəbt PUA-ları Alır

16.10.2026

Yaponiya Ukraynanın “SkyFall” şirkəti ilə zərbə-tutucu (interceptor) dronların satın alınması barədə rəsmi müqavilə imzalayıb. Bu addım Ukrayna müharibəsi dövründə təkmilləşdirilən hava hücumundan müdafiə texnologiyalarına beynəlxalq marağın kəskin artdığını göstərir.

ELAZ.INFO xəbər verir ki, Yaponiyanın Müdafiə Naziri Şinciro Koizumi rəsmi qurumların PUA-ların ölkəyə mümkün qədər tez çatdırılmasını təmin etmək üçün intensiv iş apardıqlarını bildirib.

Məlumata görə, yeni dron sistemləri havadakı təhdidləri və düşmən PUA-larını zərərsizləşdirmək (tutmaq) üçün nəzərdə tutulub. Yaponiya ordusunun hava hücumundan müdafiə imkanlarını gücləndirəcək bu müqavilə Ukraynanın hərbi texnologiyalarının NATO və müttəfiq ölkələr tərəfindən yüksək qiymətləndirildiyinin bariz nümunəsidir.Lakin satınalmanın dəqiq həcmi, dronların texniki konfiqurasiyası və Yaponiyaya yerləşdirilməsinin tam cədvəli barədə hələlik rəsmi məlumat verilməyib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın
👁12