Tramp Zelenskiyə çağırış etdi

Donald Tramp: “Rusiyanın dizelinə zərbə vurmayın”

ELAZ.İNFO xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyanın dizel yanacağı infrastrukturlarına hücumları dayandırmağı istəyib.

Tramp bildirib ki, Rusiyadakı yanacaq obyektlərinə zərbələr qlobal dizel çatışmazlığını daha da dərinləşdirir. Onun sözlərinə görə, ABŞ-da dizelin orta qiyməti ilk dəfə gallon üçün 6 dolları keçib.

Ukrayna isə Rusiyanın neft emalı obyektlərinə hücumlarını müharibə çərçivəsində legitim hərbi hədəflərə zərbə kimi qiymətləndirir.

Günel GÜNTAC

Bizi izləyin və paylaşın