ELAZ.İNFO xəbər verir ki, Tehran birjası 80 günlük fasilədən sonra bu gün,yenidən açılıb.
“Mehr” agentliyinin məlumatında deyilir ki, bazar açılsada, ticarət tam şəkildə bərpa olunmayıb. Tehran Fond Birjası təşkilatına istinadən xəbər verir ki, bazar dəyərinin təxminən 35 faizini təşkil edən 42 iri səhmin ticarəti hələ də dayandırılmış durumdadır. Bu səhmlər müharibə nəticəsində zərər görən və ya zədələnmiş şirkətlərdən asılı olan əməliyyat səbəblərinə görə bağlanıb. Onların bir hissəsi neft-kimya, əsas metallurgiya, enerji və investisiya şirkətləri qruplarına daxildir.
Aydan
