SU EHTİYATLARI NECƏ AYRILMALIDIR?

Dünyada təmiz və saf suya çıxışı olmayan bir milyarda yaxın  insan var, halbuki dünya əhalisinin yalnız 15%-i kifayət qədər içməli suya malikdir. Hökumətlər tez-tez su çatışmazlığı problemlərinin həlli yollarını tapmaqda çətinlik çəkirlər. Daha təmiz və saf  su tapmaq və mövcud resurslarını daha effektiv idarə etməklə problemlərini həll etmək üçün agentliklər fəal iştirak etməlidir.

Suyun keyfiyyəti, nə qədər olduğu, harada yerləşdiyi, eləcə də bu suyun istifadəyə yararlılığı haqqında hərtərəfli məlumat əvəzolunmazdır.

Artan sayda şəhər sakinlərinin, yaşamaq üçün daha çox qidaya ehtiyacı olan əhalinin, əkinləri üçün suya ehtiyacı olan fermerlərin və sənayenin ehtiyaclarını ödəmək üçün su ehtiyatlarının ən yaxşı şəkildə necə ayrılacağını müəyyən etmək lazımdır. Buna görə də dünyada mövcud olan, böyük su qıtlığı ilə mübarizə aparan qurumlardan öz ölkəmizdə olan orqanlara təlim və istiqamətləndirilmələr verilməlidir.

Daha sağlam və ekoloji təmiz su hövzələrinin yaradılması və mövcud resurslarını daha effektiv idarə etməyi öyrənmək üçün aidiyyəti qurumlardan, beynəxalq təşkilatlardan dəstək istəmək labüddür.

 

Natəvan BƏYDİLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir